Oyun yaradılması ilə baglı bloq

Kompüter oyunlarının yaradılma mərhələləri

Kompüter oyunlarının yaradılması bir çox proseslərdən ibarətdir: proqramlaşdırma, dizayn, musiqi və ssenarinin yazılması, və s. Bütün bu proseslər son dərəcədə vacibdir. Eləcə də vacibdir ki bütün bu proseslər oyun yaradılması zamanı necə bölüşdürülüb. Oyun necə olursa olsun – həvəskar yaxud professional, yenə də bütün oyunların yaradılma prosesi mərhələlərə bölünüb. Hər bir yerdə və hər bir şirkətdə proses eyni getmir. Bəzi şirkətlərdə müəyyən mərhələlərə nəzər salınmır, bəzilərində isə mərhələlər olduqca çoxdur. Biz oyunların yaradılma mərhələlərinin daha çox yayılmış və ümumiləşdirilmiş siyahısını tərtib etdik:
1) Concept. Bu ilk addımda, komanda oyunun ideyasını fikirləşir və ətraflı təsvir edir. Misal üçün hər hansısa konsept art-lar çəkilə və ya oyuna aid ilkin senari yazıla bilər.
2) Prototype. Bu mərhələdə artıq oyunun ideya sınaqı keçə bilər. Misal üçün bu mərhələdə balaca oyun yaradıla bilər hansı ki bir mərhələdən ibarətdi. Buna prototip demək olar. Prototipdən asılıdı oyun üzərində eyni istiqamət ilə düzəltmək lazımdı və ya konsepti dəyişmək lazımdı yoxsa layihənin üzərində iş dayandırmaq lazımdı.
3) Alfa. Oyunun alfa-versiyası artıq bir neçə mərhələlərdən ibarətdi. Oyun üçün artıq funksionalıgın çoxsu hazırdı. Bu versiyada qrafikanın çoxsu hələ hazır deyil.
4) Pre-beta. Artıq oyun loyal auditoriyaya göstərilə bilər. Həm də loyal auditoriya tərəfindən sınaq ola bilər. Bu etap zamanı hansısa səhv düzəldilir və ya oyun oynayışı təkmilləşdirilir.
5) Open-beta. Bu etapda oyun demək olar hazırdı və bir neçə regionlarda oyunu artıq endirə bilərlər, amma oyunun hansısa elementləri(misal üçün hansısa personajlar və ya mərhələlər) hələ əlçatmazdır.
6) Release. Bu mərhələdə oyun artıq satışdadı. Məsələn, oyunu Steam platformasından artıq almaq mümkündü. Oyunda balaca səhv ola bilər hansı ki patch vasitəsi ilə düzəltmək olar.
7) Support. Layihədən asılı olaraq bu mərhələ fərqli vaxt ola bilər. Əgər oyun onlayndırsa, onda oyun üçün yeni yeniləmələr çıxa bilər və ya serverlərə dəstək olunur. Single player(tək oyun üçün) oyunlarında bu etap maksimum 2-3 ay gedə bilər.


Əgər AzDimension şirkətin təcrübəsindən danışsaq biz birinci oyunları xaotik şəkildə düzəltmişik və mərhələlərin çoxunu nəzərə almamışıq. Axırıncı illər biz artıq bu və ya buna oxşar ardıcıllıqla işləyirik, çünki biz istəyirik şirkətimiz dünya standartına uyğun işləsin.