Oyunlar

İşgal Altında: Ağdam

İşğal altında Ağdam – atışma janrında kompüter oyunudur. Bu oyun “İşğal altlnda” oyunlar silsinləsində 2-ci yeri tutur. Oyunda son məqsəd - Ağdam şəhərinin azad edilməsində iştirak etməkdir. Oyunun sujeti iki vaxt çərçivəsində baş verir: 1) 20-ci əsrin 90-cı illəri – Azərbaycanın Ağdam şəhərinin işğal edilən zamanı 2) Müasir zaman – 21 əsr, harada əsas qəhraman öz doğma şəhərini azad etməlidir Oyunun özəllikləri:
  • Oyunçu adi əsgər ilə yanaşı xüsusi təyyinatlı qüvvələr rolunda çıxış edir.
  • Oyunda Ağdam şəhəri coğrafi və kartoqrafik dəqiqliyi ilə iki vaxt çərçivəsində yaradılıb (90-cı illərin 20-ci əsrində və müasir zamanda)
  • Oyunda Azərbaycan Respublikasının mövcud ordusunun yeni “T-90” tankı və “MRAP Marauder” zirehli vasitəsi olan əsl hərbi nəqliyyatı istifadə olunmuşdur.
  • Oyunçu Azərbaycan Respulikasının ordusunda istifadə olunan həqiqi hərbi silahlar (“İstiqlal” və “Səfər”) ilə mübarizə aparır.
  • Oyunda bütün modellər həqiqi obyeklər üzərində qurulmuşdur.
Minimal sistem tələbləri: OS: Windows XP; Vista; 7 CPU: Intel Core 2 Duo 2.0GHz RAM: 2 GB Ram GPU: NVIDIA GeForce 7600 GT 512 Mb / ATI Radeon X1900 512 Mb HDD: 10 gb