Tətbiq

Tütündən imtina et!

Siqareti tərgitmək üçün əsl vaxtdır və bu mobil applikasiya sizə bu işdə kömək edəcək. Applikasiyanı ilk dəfə işə salanda, siz gündə çəkilən siqaretlərin orta sayını, onların qiymətini, həmçinin tütünçəkmədən imtina etdiyiniz tarixi daxil etməlisiniz.

Bundan sonra, proqram sizin tütünçəkmədən imtina müddətinizi, çəkmədiyiniz siqaretlərin sayını, qənaət etdiyiniz vaxtızı və pulunuzu göstərəcəkdir.

Həm də bu proqramda nikotindən asılılıq testi, tütünçəkmənin zərərləri haqqında məlumat, bununla əlaqəli yanlış düşüncələr və digər faydalı məlumatlar mövcuddur.