Image
Top
Navigation
Oktyabr 11, 2015

Sonuncu Dalan

Sonuncu dalan – tərkibində dəhşət elementləri, həm first person (əsas qəhramanın öz gözü ilə) həm də third person görüntüsü (üçüncü şəxsə nəzərən görüntü) içərən action janrıda bir oyundur. Oyun Azərbaycanın paytaxtı Bakıda, əsasən də İçərişəhər ərazisində cərəyan edir. Oyunun baş qəhrəmanı olan alim qədim zərdüştlərin muqəddəs kitabı olan Avestada yazılanlara istinadən bir missiyası olduğunu anlayır. Bu məqsədlə o, simvolları çözməli, içərişəhər küçələrində gizlədilmiş artefatkları tapmalıdır. Bu yolda o, obrazları qədim əfsanə və əsatirlərdən, habelə Azərbaycan mifologiyasından və nagıllarından qaynaqlanan şər qüvvələrlə mübarizə aparmalıdır. Oyunda sevgi, satqınlıq, peşimançılıq və mərhəmət mövzularına toxunulub. Qız qalası, şirvanşahlar sarayı, karvan-saray, məscidlər, habelə Xəzər dənizi sularına qərq olmuç Səbail qalasında cərəyan edən oyunda soyuq silahla yanaşı, muasir odlu silahlar və qədim dövrə aid olan silahlar baş qəhrəmanın ixtiyarında olacaq.

Submit a Comment

Posted By

Categories

Uncategorized