Image
Top
Navigation
Oktyabr 11, 2015

İşğal Altında: Ağdam

İşğal Altında: Ağdam – Azərbaycanın ilk kompüter oyunu “İşğal Altında: Şuşa”-nın müəllifi olan AzDimension şirkətinin şuter janrında yaratdığı növbəti kompüter oyunudur.

Oyundakı hadisələr iki zaman ayırımında – keçən əsrin 90-cı illərində Ağdamın müdafiəsi zamanı və yaxın gələcəkdə şəhərin azad olunması zamanı baş verir. Oyunçu xüsusi təyinatlıların tərkibində bir neçə əsgərin rolunda oynayacaq. Oyunda bir neçə mərhələ var və son məhələdə məqsəd şəhəri tam azad etməkdir.

Oyun yaxşılaşdırılmış qrafikası, daha yaxşı işlənmiş işıqlanması və yeni xüsusi effekləri ilə fərqlənir. Bundan əlavə, oyunda zirehli texnikalardan istifadə etmək və tank döyüşündə iştirak etmək olar. Oyunda Azərbaycan istehsalı olan “İstiqlal” və “Zəfər” silahlarından, həmçinin silahlanmaya daxil olmuş “Marauder MRAP” və “T-90” tankı istifadə olunur. Oyunun ən əsas nəzərəçarpan məqamı isə onun şəhərin müharibədən öncəki və sonrakı vəziyyətinin coğrafi və kartoqrafik dəqiqliklə, abidələri və görməli yerləri daxil edilməklə hazırlanmasıdır.

Submit a Comment

Posted By

Categories

Uncategorized