Image
Top
Navigation
Oktyabr 11, 2015

İşgal Altında: Şuşa

İşgal Altında: Şuşa

İşgal Altında – Azərbaycanın birinci rəsmi 3d kompüter oyundur. Oyun yaxın gələcəkdə Qarabağda baş verə biləcək müharibədən bəhs edir. Oyuna əsasən düşmən tərəfin provokasiyasından sonra Azərbaycan ordusu işğal olunmuş torpaqları azad etmək üçün həlledici döyüşə başlayır. Əsas hadisələr Şuşada cərəyan edir. Oyunçunun tapşırığı Şuşanı işğalçılardan azad etməkdir. Oyun “döyüş” janrına aiddir və “atışma” – “shooter” tiplidir. Oyunun yaradılması təxminən iki ilə başa gəlib. Oyun heç bir kənar maddi dəstək olmadan yaradılıb.

Oyunun üstünlükləri:
• Oyun tam olaraq Azərbaycan dilindədir.
• Oyun optimallaşdırılıb, nisbətən zəif kompüterlərdə də rahat çalışır.
• Oyunun özünəməxsus müxtəlif mərhələləri var..
• Şəkillərə, maketlərə əsasən şəhərdəki real binalar və tikililər yaradılıb.

Submit a Comment

Posted By

Categories

Uncategorized