Uncategorized

Sonuncu Dalan

The Last DeadEnd(Sonuncu Dalan) - macəra, atışma və qorxu üzərində qurulmuş bir oyundur.

Süjet

Bu oyunda biz beynəlxalq televiziya kanalı üçün sənədli film çəkməsində köməklik göstərmək məqsədi ilə, vətəninə yenicə qayıdan gənc alim Fərhad Novruzovun rolunu oynayırıq. Burada, o qəribə hadisələr ilə rastlaşır, hansı ki qədimi Zərdüşt dini ilə əlaqədardır və o bu hadisələrinin səbəblərini aydınıaşdırmağa çalışır.

Oyunun quruluşu və oyunun aləmi

Oyun həm 1-ci həm də 3-cü şəxs rejimlərində idarə oluna bilər. Bir çox hadisələr və araşdırmalar 1-ci şəxs rejimində həyata keçirilir. Oyunun əsas hadisələri Baki (Azərbaycan) şəhərində baş verir. Daha doğrusu, “İçəri şəhərdə”. Bu şəhərin ən qədimi yeri, min illik tarixi, qala divarı ilə əhatə olunmuş, içəridə köhnə küçələr ilə yanaşı, onlarla tarixi və arxeoloji sahələri vardır.

Oyunun əsas elementləri:

  • Oyunda bir neçə adi düşmənlər ilə yanaşı daha agır (bosslar) mövcuddur, hansi ki, qədimi Azərbaycan əfsanələr üzərində ruhlandırmışdır. Bəzi düşmənləri məğlub etmək üçün, xüsusi müharibə sənəti işlətmək lazim olacaqdır.
  • Oyunda zəngin ensiklopediya və araşdırma fürsətləri vardır. Oyun həmçinin böyük bir ensiklopediyanı əks etdirir, burada: məqalələr, tarixi əşyalar, işarələr, simvollar və s. oyun boyunca əlavə olunur. Burada siz bir neçə əşyaları seçib, onları müxtəlif istiqamətlərdən izləmək imkanı və müəyyən informasiyanı əldə edə bilərsiniz. Texnoloji eynəklər vasitəsi ilə, siz şifrələnmiş yazıları və “İçəri şəhərdə” müxtəlif divar yazılarını oxuya bilərsiniz.
  • Yerlərin bəziləri, həqiqi şəraiti nəzərə alan şəhəri və tarixi tikilərini əks etdirir. Oyun köhnə şəhərin milli qoxunu əks etdirən bir çox obyektə malikdir və burada öz əksini tapmışdır.
  • Oyunun bir çox hissəsi qeyri-adi məkanlarda baş verir: su altında qalmış qala, qədim saray, şəhərin tarixi xarabaları və s. Bu janrda nadir oyunlardan biridir. Dəhşət elemenlərı ilə hadisələr gerçək bir şəhərdə baş verir və mistik atmosferi əhatə edir.
  • Sağ qalma rejimi. Bu xüsusi rejiimdə, siz müxtəlif düşmənlər ilə fərqli xəritələrdə mübarizə edə bilərsiniz.Burda üç tip rejimi vardır: düşmənin «dalğalarına» qarşı durmaq, müəyyən vaxt ərzində bütün düşmənləri məğlub etmək və mümkün qədər çox vaxt ərzində sağ qalmaq.
  • Oyun bir neçə dilləri dəstəkləyir. Hal hazırda, onların sırasında: İngilis, Rus, Azərbaycan və Türk dilləri mövcuddur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir